Liqa 1: "Lans" evdə, "Renn" səfərdə coşdu

Liqa 1: "Lans" evdə, "Renn" səfərdə coşdu

Fransa Liqa 1-də 25-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 5 görüş reallaşıb. 

"Lill" – "Loryan" və "Olimpik Lion" – "Paris" qarşılaşmaları bərabərliklə başa çatıb. "Lans" öz meydanında  "Mets"i 3, "Brest" "Havr"ı 2 cavabsız qolla yenib. "Renn" isə qonaq qismində "Nitsa"nı "kötəkləyib". 

Hazırda 57 xalı olan PSJ Liqa 1-in turnir cədvəlində şəriksiz liderdir. "Lans" 56, "Olimpik Marsel" və "Olimpik Lion" hərəyə 46, "Renn" 43, "Lill" 41, "Monako" 40 xal toplayıb.

Fransa Liqa 1 25-ci tur 6 mart

PSJ – Monako 1:3 Qollar: Barkola, 71 – Akliuş, 27. Qolovin, 55. Baloqun, 73.

7 mart

Nant – Anje 0:1 Qol: Sbai, 52.

Oser – Strasburq 0:0

Tuluza – Olimpik Marsel 0:1 Qol: Qrinvud, 18.

8 mart

Lans – Mets 3:0 Qollar: Abdulhamid, 44. Toven, 46. Haldara, 52.

Brest – Havr 2:0 Qollar: Kastilyo, 45+2. Ayorke, 71.

Lill – Loryan 1:1 Qollar: Pardo, 65 – Avom, 90+3.

Nitsa – Renn 0:4 Qollar: Lepaul, 13. Şimanski, 20. Blaz, 74. Muklele, 90+2.

Olimpik Lion – Paris 1:1 Qollar: Tolisso, 90+6-pen – Munetsi, 63.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər