
“Arsenal” yay transfer pəncərəsində iddialı addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, London təmsilçisi “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq istəyir.
İtaliya millisinin üzvü olan futbolçuya yalnız “Arsenal” yox, “Mançester Siti” və “Mançester Yunayted” də maraq göstərir. Premyer Liqanın üç böyük klubunun Tonalini yaxından izlədiyi bildirilir.
Məlumata görə, “Nyukasl” rəhbərliyi 25 yaşlı futbolçunu satmaq üçün təxminən 100 milyon funt sterlinq tələb edə bilər. Transfer pəncərəsi yaxınlaşdıqca Tonali ətrafında rəqabətin daha da artacağı gözlənilir.