
"Bornmut" klubu mövsümün sonunda baş məşqçisi Andoni İraola ilə yollarını ayırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, mütəxəssisin gedişindən sonra boşalacaq yer üçün artıq üç namizəddən ibarət qısa siyahı hazırlanıb.
Siyahıda "Rayo Valyekano"nun çalışdırıcısı İniqo Perez, "Koventri Siti"də uğurlu işlər görən Frenk Lempard və "İpsviç Taun"un gənc və perspektivli baş məşqçisi Kieran MakKenna yer alır.
Klub rəhbərliyinin yeni mövsümə qədər qəti qərarını verəcəyi gözlənilir.