
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda məğlub olduğu (2:1) "Bayern Münhen"ə bu gecə səfərdə də 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa uğursuzluğa görə məsuliyyəti üzərinə götürüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Məğlubiyyətə görə cavabdeh mənəm və ölçü götürəcəyəm. Azarkeşlər futbolçularla fəxr etməlidirlər. Oyunçular bütün güclərini meydanda qoydular və sonadək klub üçün mübarizə apardılar".
Arbeoa bu ilin yanvarında "Real"a baş məşqçi təyin olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Toğrul