
Sona 4 tur qalmış "Ştutqart"ı öz meydanında 4:2 hesabı ilə məğlub edərək Almaniya Bundesliqasının qalibi olan "Bayern Münhen"in hücumçusu Harri Keyn vaxtından əvvəl rəsmiləşən çempionluğu şərh edib.
Fanat.Az xəbər verir ki, oyuna fasilədə qoşulan və 52-ci dəqiqədə komandasının qollarından birinə imz aatan ingilis forvardın sözlərini ESPN belə çatdırıb:
"Bu mövsüm bizim üçün fantastik alındı. Çempionluğu belə bayram etmək əladır. Qazandığımız uğur komandanın motivasiyası ilə əlaqəli məsələdir. Oyunçular ilk matçdan son oynadıqlarına qədər səylə çalışdılar. Digər turnirlərdə hələ çox iş görməliyik. Amma çempionluq çəkdiyimiz zəhmətin nəticəsidir".
Qeyd edək ki, Keyn cari mövsüm Bundesliqada 31 qola imza atıb. O, bütün turnirlərdə "Bayern" forması ilə 51 dəfə rəqib qapılarına yol tapıb.
Toğrul