Pape Matar Sarr nəhəng klubların hədəfində

Pape Matar Sarr nəhəng klubların hədəfində

"Tottenhem"in digər perspektivli yarımmüdafiəçisi Pape Matar Sarrın gələcəyi ilə bağlı yeni xəbərlər gündəmi zəbt edib.

Fanat.Az xəbər verir ki, 23 yaşlı seneqallı futbolçu ilə "Real Madrid" və "Bayern Münhen" yaxından maraqlanır.

Mənbələr qeyd edir ki, PSJ klubu da keçmişdə oyunçunu izləyənlər siyahısında olub və hazırda transfer şərtlərini yenidən nəzərdən keçirir.

"Football Insider"in məlumatına əsasən, London klubunun mümkün aşağı liqaya düşmə təhlükəsi Sarrın yay transfer pəncərəsində komandadan ayrılmasına yol aça bilər. Hazırda futbolçunun transfer dəyərinin yüksək olmasına baxmayaraq, top-klublar rəsmi təklif hazırlamaqdadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər