
İngiltərənin elita təmsilçilərindən olan "Nyukasl" bu yay iş yerini dəyişməyi arzulayan futbolçusu Entoni Qordon üçün qiymət müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Məlumata görə, "sağsağanlar" 25 yaşlı hücumçunun satışından azı 86 milyon avro qazanmaq niyyətindədirlər. Mənbə hazırda Qordonu transfer etməyə ən real namizədin "Bayern Münhen" olduğunu və tərəflərin yaxın vaxtlarda danışıqlara başlayacağını vurğulayıb.
Cari mövsüm klubunun heyətində 46 matça çıxan Entoni 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nyukasl"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Toğrul