
"Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romero karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Caught Offside"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "Atletiko Madrid" maraqlıdır.
Daha öncə Romeronun adı "Real"la da yanaşı çəkilsə də, "kral klubu"nun əzəli rəqibinin keçidi tamamlamaq üçün bütün gücünü səfərbər etdiyi vurğulanıb.
Cari mövsüm İngiltərə Premyer Liqasında 23 matça çıxan argentinalı 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Toğrul