
Cari mövsümün sonunda "Liverpul"u tərk edəcəyi gözlənilən baş məşqçi Arne Slotun yeni iş yeri müəyyənləşmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Məlumata görə, 47 yaşlı niderlandlı İngiltərə nəhəngindən ayrılacağı halda, sabiq komandası "Ayaks"ın "sükanı arxası"na keçəcək. Mənbə 47 yaşlı mütəxəssisin Amsterdam klubunun rəhbərliyi ilə danışıq apardığını vurğulayıb.
Hazırda 58 xalı olan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Mersisayd komandası Çempionlar Liqasına vəsiqə qazana bilsə, Slotun işinə davam etmək ehtimalı var.
"Ayaks"ı daha öncə paytaxt klubunun gənclərdən ibarət komandasının baş məşqçisi olmuş Oskar Qarsiya çalışdırsa da, rəhbərlik onu indiki postuna müvəqqəti təyin edib.
Nihat