
"Vest Hem Yunayted"in rəhbərliyi elitadan düşmək təhlükəsi ilə üz-üzə qalan komandanın baş məşqçisi Nunu Eşpiritu Santu ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "çəkicdöyənlər"in idarəçiləri çalışdırdığı kollektiv Çempionşipə yuvarlansa belə, portuqaliyalı mütəxəssisi postunda saxlamağı planlaşdırır.
Onun özünün Çempionşipdə işləməyə razı olub-olmayacağı isə indilik bəlli deyil.
Xatırladaq ki, sözügedən çalışdırıcı ötən ilin sentyabrından indiki postundadır. 35 oyuna 36 xal toplayan "Vest Hem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci pillədə mövqe tutub. 17-ci sırada isə 37 xala malik "Tottenhem" qərarlaşıb.
Nihat