
Qış transfer pəncərəsində "Arsenal"dan "Ayaks"a keçən ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun aqibətinin necə olacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Algemeen Dagblad" yayıb.
Məlumata görə, Amsterdam komandasında cəmi 2 oyun keçirən, fevralda "Fortuna Sittard"a qarşı matçda ağır zədə zədə alaraq 6-7 ay müddətinə sıradan çıxan Zinçenko "Ayaks"a lazım deyil. Mənbə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulan oyunçunun azad agent qismində klubdan ayrılacağını vurğulayıb.
Toğrul