
"Fənərbağça"nın və Türkiyə millisinin yarımmüdafiəçisi İsmail Yüksek İtaliya klublarının diqqət mərkəzinə düşüb.
Fanat.Az Yağız Sabuncuoğlu tərəfindən yayılan məlumata istinadən xəbər verir ki, iddialı "Komo" klubu gənc futbolçunun transferində olduqca maraqlıdır.
Lakin İstanbul təmsilçisi ulduz oyunçusunu asanlıqla əldən vermək niyyətində deyil. Rəhbərlik qarşı tərəfdən 25-30 milyon avro civarında bir təklif gəlmədiyi müddətcə bu gedişə icazə verməyəcək.
Yaxın günlərdə İtaliya təmsilçisinin rəsmi addım atıb-atmayacağı maraqla gözlənilir.