
Çempionlar Liqasının finalını canlı izləmək üçün yollandığı Budapeştdə ehtiyatsızlıqdan ağır zədə alan və xəstəxanaya yerləşdirilən ingilis fanat oradan qaçıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, şəhərin Baş Polis İdarəsi həmin azarkeşin xəstəxananı icazəsiz tərk edərək "Arsenal" və PSJ arasında keçirilən həlledici görüşə baxmağa getdiyini açıqlayıb.
Skuterdən yıxıldığına görə xəstəxanalıq olan tərəfdarla qohumu vasitəsi ilə əlaqə yaradılıb.
PSJ-nin qələbəsi ilə yekunlaşan finalın ardından şəfa ocağına qayıdan kişiyə əlavə tibbi yardım göstərilib.
Toğrul