
"Liverpul"dan ayrıldığı dünən rəsmən açıqlanan müdafiəçi İbrahima Konate karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikola Skira yayıb.
Məlumata görə, onun xidmətində Pro Liqanın iki təmsilçisi - "Əl-Hilal" və "Əl-İttihad" maraqlıdır.
Konate "Liverpul"a 2021-ci ilin yayında "RB Leyptsiq"dən transfer olunmuşdu. İngiltərə nəhəngində ümumilikdə 183 matça çıxan arxa xətt oyunçusu 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasındakı mübarizəni 5-ci pillədə başa vurub. Sözügedən klub mövsüm yekunlaşandan sonra niderlandlı mütəxəssis Arne Slotu istefaya göndərib.
Nihat