
"Borussiya Dortmund"un sürətli cinah hücumçusu Kərim Adeyemi cari yay transfer dövründə komandadan ayrılmağa qərar verib.
Fanat.Az "The Athletic FC" nəşrinə istinadən xəbər verir ki, gənc ulduz karyerasını İngiltərə Premyer Liqasında davam ettirməyi prioritet variant kimi nəzərdən keçirir.
Futbolçuya uzun müddətdir kəskin maraq göstərən "Aston Villa" rəhbərliyi isə oyunçunun Almaniyadakı vəziyyətini diqqətlə izləyir.
Birmingem təmsilçisinin bu transfer pəncərəsi bağlanana qədər Dortmund klubuna rəsmi bir təklif təqdim edib-etməyəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.