
"Mançester Yunayted"in ingiltərəli hücumçusu Markus Raşfordun gələcək karyerası ətrafında gərgin günlər yaşanır.
Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı "iNews" portalı yayıb.
Antoni Qordonun gedişindən sonra hücum xəttini gücləndirmək istəyən "Nyukasl", Raşfordu yay üçün əsas ulduz transferi kimi nəzərdən keçirir.
Futbolçunun özü "Barselona"ya keçməyə üstünlük versə də, Kataloniya klubunun 26 milyon funt-sterlinqlik satınalma bəndini aktivləşdirib-aktivləşdirməyəcəyi ilə bağlı qeyri-müəyyənlik Premyer Liqa klublarının iştahasını artırıb.