
Fransanın PSJ klubunun və Gürcüstan millisinin dünya şöhrətli ulduzu Xviça Kvarasxeliya sosial şəbəkədə maraqlı addımı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu, vaxtilə "Qarabağ"ın da formasını geyinmiş gürcüstanlı qapıçı Luka Quqeşaşvilinin milli komandanın məşqindən paylaşdığı fotoya rəy bildirib.
Xviça paylaşıma digər gürcü futbolçu Giorgi Kvernadzeni etiketləyərək diqqəti bura yönəldib.
"Frozinoe" klubunda çıxış edən Kvernadze isə Kvarasxeliyanın bu rəyinə gürcü dilində zarafatyana cavab verib.
Gürcüstan millisinin düşərgəsindəki səmimi mühiti əks etdirən bu dialoq, qısa müddətdə hər iki futbolçunun pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.