
Türkiyə Superliqasında transfer bazarını alt-üst edəcək inanılmaz bir iddia ortaya atılıb.
Fanat.Az "A Spor" telekanalına istinadən xəbər verir ki, "Qalatasaray"ın prezidenti Dursun Özbək "Real Madrid"in fransalı ulduzu Eduardo Kamavinqanı heyətə qatmaq üçün gizli plan hazırlayıb.
"Sarı-qırmızılılar"ın rəhbəri yarımmüdafiəçini satın alma opsiyası ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
İstanbul nəhənginin bu transfer əməliyyatını uğurla tamamlayaraq həm Avropada, həm də yerli liqada böyük üstünlük əldə etmək istədiyi bildirilir.