
"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafyori karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, 24 yaşlı arxa xətt oyunçusunun xidmətində "Real Madrid" maraqlıdır. Mənbə Madrid klubunun bu keçid üçün "topçular"a sorğu göndərdiyini vurğulayıb.
İtaliya millisinin üzvü 2024-cü ilin iyulundan London klubunda çıxış edir. Onun "Arsenal" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Son mövsümdə Premyer Liqanın qalibi olan londonluların heyətində bütün turnirlərdə 36 matça çıxan Rikkardo1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 55 milyon avro məbləğində dəyərləndirir.
Toğrul