
Türkiyə millisinin və "Yuventus"un gənc ulduzu Kenan Yıldız yaşıl meydanlardakı uğurlu çıxışından sonra reklam bazarında da rekord qırmağa davam edir.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istedadlı futbolçu çəkiləcəyi yeni layihədə ağlasığmaz bir qazanc əldə edəcək.
Kenan cəmi 20 saniyəlik bir reklam çarında oynamaq qarşılığında tam 10.000.000 TL qazanacaq.
Bu isə o deməkdir ki, gənc vunderkind reklamda ekranda göründüyü hər saniyə üçün təxminən 500.000 TL gəlir əldə edəcək.