
"Börnli"nin müdafiəçisi Maksim Estev karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Məlumata görə, 24 yaşlı futbolçunun xidmətində "Liverpul" maraqlıdır. Mersisayd təmsilçisi onu bir müddət öncə vidalaşdığı İbrahima Konatenin mövqeyinə layiqli namizəd sayır. "Qırmızılar"ın hələ "Börnli"yə rəsmi təklif göndərmədiyi bildirilib.
Geridə qalan mövsümündə bütün turnirlərdə 36 oyuna çıxan Estev məhsuldar göstəricilərlə yadda qalmayıb. Fransalı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro məbləğində dəyərləndirir.
Toğrul