
"Nyukasl Yunayted" heyətini yeni hücumçu ilə gücləndirmək üçün rəsmi addımlar atmağa başlayıb.
Fanat.Az xəbər verir ki, ingilislər "Barselona"ya transfer olan Entoni Qordonun boşluğunu "Osasuna"nın vingeri Viktor Munyoz ilə doldurmaq istəyir.
İngiltərə təmsilçisi ispan oyunçu üçün artıq 35 milyon funt-sterlinq və əlavə bonuslar daxil olan rəsmi təklifini qarşı tərəfə təqdim edib.
Digər rəqib klublar dövrəyə girmədən bu transferi bitirmək istəyən "Nyukasl" danışıqları sürətləndirib.