
"Qalatasaray" "Yuventus"un serbiyalı ulduz hücumçusu Duşan Vlahoviçin transferi üçün hərəkətə keçib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "sarı-qırmızılılar" ulduz forvarda müqavilə təklif edib.
İstanbul təmsilçisi 26 yaşlı futbolçuya illik 10 milyon avro maaş və hər mövsüm üçün əlavə 5 milyon avro bonus vəd edib.
Transfer reallaşacağı təqdirdə, Vlahoviçin illik qazancı ümumilikdə 15 milyon avroya çatacaq.