
"Fənərbağça" klubu "Real Madrid"in ulduz yarımmüdafiəçisi Brahim Diasın transferi üçün hərəkətə keçib.
Fanat.Az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli futbolçunun meneceri ilə bu həftə xüsusi görüş keçirəcək.
Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən "sarı-göylər" bu görüşdə şərtləri razılaşdıracaqlar.
Hücumameyilli yarımmüdafiəçinin Türkiyəyə gəlməyə isti yanaşıb-yanaşmayacağı isə bu görüşdən sonra rəsmən bəlli olacaq.