
"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.
Məlumata görə, "kral klubu" 18 yaşlı vingeri Franko Mastantuononun oyun praktikası qazanmaq üçün bu yay icarə əsasında "Yuventus"a keçməsini istəyir.

Mastantuono "Real"a ötən il "River Pleyt"dən transfer olunub. Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödəyib. Argentinalı vunderkindin "ağlar"la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Frankonun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
Nihat