
Fransanın "Paris Sen-Jermen" klubu yay transfer pəncərəsində heyətini gücləndirmək məqsədilə ciddi addım atmağa hazırlaşır.
Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi "Bavariya"nın ulduz vingeri Maykl Oliseni özünün əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Fransa çempionu ötən mövsüm aktivinə 22 qol və 31 məhsuldar ötürmə yazdıran 24 yaşlı futbolçu üçün təxminən 100 milyon avro xərcləməyə tam hazırdır.
Lakin Münhen klubu fransalı ulduzu satmağa qətiyyən niyyətli deyil və PSJ-nin marağını uzaqlaşdırmaq üçün onunla 2031-ci ilə qədər yeni müqavilə imzalamaq üzərində işləyir.