
"Mançester Siti"nin sabiq futbolçusu, altıqat İngiltərə çempionu "Real Madrid"ə keçmək üzrədir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin "kral klubu"na keçidi 17 iyun tarixinə - Silvalı Portuqaliya millisi dünya çempionatında ilk oyununu keçirənə qədər rəsmiləşəcək.
Daha öncə İspaniya mətbuatı "Real"ın sözügedən oyunçu ilə 2+1 illik müqavilə bağlamağı planlaşdırdığını açıqlayıb.
Silva MS-dən geridə qalan mövsümün sonunda ayrılıb. "Transfermarkt" portalı onun transfer qiymətini 22 milyon avro ilə dəyərləndirir.
Nihat