
"Arsenal" rəhbərliyi, "Mançester Yunayted"in ciddi marağına rəğmən gənc istedadı Maylz Lyuis-Skellini komandadan buraxmaq niyyətində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.
Futbolçunun ötən mövsüm Mikel Artetanın rəhbərliyi altında göstərdiyi sürətli yüksəliş onun klubdakı mövqeyini daha da möhkəmləndirib.
Londonlular gənc oyunçunu heyətdə saxlamaqda qərarlıdır və onun transferi ilə bağlı danışıqlara başlamaq istəyən hər hansı bir klub ən azı 60 milyon funt-sterlinqlik nəhəng bir təkliflə gəlməlidir.