
"Mançester Yunayted" yay transfer pəncərəsində "Nottingem Forest"in futbolçusu Elliot Andersonun baha başa gəlməsindən sonra diqqətini Fransa Liqa 1-ə yönəldib.
Fanat.Az "FootMercato"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Lans"ın 23 yaşlı yarımmüdafiəçisi Mamadu Sanqarenin transferi üçün rəsmi təklif hazırlayır.
Klub rəhbərliyi onu daha baha-başa gələn variantlara alternativ hesab edir.
"Lans" isə oyunçuya 40 milyon avro qiymət qoysa da, Avropadan gələn ciddi maraq səbəbindən bu məbləğin daha da yüksələcəyi gözlənilir.