
Karyerasını "Boka Xuniors"da başa vurduqdan sonra azad agent statusu daşıyan ulduz yarımmüdafiəçi Ander Errera yenidən İspaniyaya dönməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.
36 yaşlı futbolçu peşəkar karyerasına addım atmazdan əvvəl bütöv bir onillik keçirdiyi ulduzunun parladığı uşaqlıq klubu "Real Saraqosa" ilə transfer danışıqlarında son mərhələyə qədəm qoyub.
Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.