
Hücum xətti ilə yanaşı orta sahəni də gücləndirmək istəyən "Arsenal" ciddi transfer əməliyyatına başlayıb.
Fanat.Az insayder Saşa Tavolierə istinadən xəbər verir ki, "topçular" aylardır "Lill"in 18 yaşlı yüksək potensiallı yarımmüdafiəçisi Əyyub Buaddini yaxından izləyir.
London klubu gənc oyunçu üçün uzunmüddətli layihələrində əsas kilit rol müəyyənləşdirib və futbolçunun da bu keçidə yaşıl işıq yandırdığı bildirilir.
"Lill" rəhbərliyi Buaddi üçün tam 70 milyon avro qiymət qoysa da, "Arsenal"ın fransız klubunun prezidenti Olivye Letanq ilə olan müsbət münasibətlərinin bu transfer danışıqlarında həlledici rol oynayacağı gözlənilir.