
Kataloniya nəhəngi "Barselona" müdafiənin gələcəyini təmin etmək məqsədilə fərqli bir bazara yönəlib.
Fanat.Az insayder Tom Boqertə istinadən xəbər verir ki, İspaniya klubu Avstraliya millisinin 18 yaşlı müdafiəçisi Lukas Herrinqtonu transfer siyahısına daxil edib.
Yalnız ötən mart ayında əsas millidə debüt edən gənc istedadın Dünya Çempionatında Türkiyəyə qarşı keçiriləcək matçda əsas heyətdə meydana çıxacağı gözlənilir.
Futbolçunun müqavilə ilə məxsus olduğu "Kolorado Rapids" klubu ona 22 milyon funt-sterlinq qiymət qoyub ki, bu keçid baş tutarsa, Avstraliya futbol tarixinin ən baha transfer rekordu qırılacaq.