
"Real Madrid" mərkəz müdafiəçisi Antonio Rüdigerlə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "kral klubu"nun rəsmi saytı yayıb.
Almaniya millisinin üzvü müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan sazişə imza atıb.
2022-ci ilin yayından "Real"ın uğurları üçün çalışan Rüdiger geridə qalan mövsümdə bütün turnirlərdə 26 matça çıxaraq 1 qol vurub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 9 milyon avro məbləğində dəyərləndirir. Hazırda ölkəsinin yığması ilə dünya çempionatına qatılan arxa xətt oyunçusu daha öncə "Ştutqart", "Roma" və "Çelsi"də də top qovub.
Nihat