
"Real Madrid"in cinah müdafiəçisi Alvaro Karreras karyerasını İngiltərədə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "sport.es" yayıb.
Məlumata görə, 23 yaşlı futbolçunu "Çelsi" rənglərinə bağlamaq niyyətindədir. Mənbə "zadəganlar"ın hazırda bu yöndə araşdırmalar apardığını vurğulayıb.
Daha öncə tanınmış insayder Yağız Sabuncuoğlu sözügedən oyunçu ilə Londonun digər böyük klubunun - "Arsenal"ın maraqlandığını açıqlayıb.
Karreras 2025-ci ildə "Benfika"dan transfer olunub. Ötən mövsüm "kral klubu"nun sıralarında 40 matça çıxan 23 yaşlı ispan 2 qol və 3 məhsuldar ötürməyə imza atıb. Arxa xətt oyunçusunun "Real" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro məbləğində dəyərləndirir.
Toğrul