
"Aston Villa"nın aparıcı futbolçularından olan Morqan Rocers klub rəhbərliyinə rəsmən müraciət edərək komandadan ayrılmaq istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını digər Premyer Liqa nəhəngi "Arsenal"da davam etdirməkdə israrlıdır.
"Hand of Arsenal" nəşrinin yaydığı məlumata görə, gənc oyunçu Mikel Artetanın Londonda qurduğu layihəyə tamamilə heyran olub və bu səbəbdən digər təklifləri rədd edib.
Müqavilə şərtlərinin London təmsilçisi üçün heç bir problem yaratmayacağı, transfer əməliyyatını isə məşhur idman meneceri Andrea Bertanın birbaşa idarə etdiyi vurğulanır.