
İspaniya nəhəngi "Real Madrid" "Bavariya"nın fransalı ulduzu Maykl Olise üçün 200 milyon avronun üzərində nəhəng bir transfer büdcəsini gözündən çıxarıb.
Fanat.Az xəbər verir ki, prezident Florentino Peresin daha əvvəl dilə gətirdiyi 150 milyon avroluq təklifin mövcud şərtlərdə kifayət etməyəcəyini anlayan Madrid təmsilçisi, rəsmi addım atmaq üçün limiti 220 milyon avroya qədər qaldırmağa hazırdır.
Münhen təmsilçisinin gənc ulduzu satmaq mövzusunda həvəssiz davranması və yüksək bonservis tələbi, bu keçidin maliyyə xərclərini fantastik şəkildə artıran əsas amilə çevrilib. Bu nəhəng əməliyyat üçün mənbə yaratmağı planlaşdıran "Kral klubu", mövcud heyətdəki bəzi ulduzların olası satışları sayəsində transferin maliyyə strukturuna ciddi dəstək verməyi hədəfləyir.
Hələlik tərəflər arasında heç bir rəsmi təklifin faks edilmədiyi vurğulansa da, gələcək prosesdə transferin taleyini müəyyənləşdirəcək ən əsas faktorlardan birinin məhz 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin öz şəxsi seçimi olacağı bildirilir.