
İngiltərə millisinin sabiq mərkəz müdafiəçisi Rio Ferdinand hazırda ölkəsinin yığmasında yalnız bir dünya səviyyəli oyunçu olduğunu deyib.
Fanat.Az xəbər verir ki, o, özünün "YouTube" kanalında belə danışıb:
"İndiki heyətdəki yeganə dünya səviyyəli futbolçumuz Harri Keyndir. Bu səviyyəyə yaxın başqaları da var, amma Keyn fərqlidir. Hə, biz öz mövqeyində xüsusi seçilən birini axtarsaq, məhz belədir".
DÇ-2026-da L qrupunda mübarizə aparan İngiltərə millisi 1-ci turda Xorvatiyanı 4:2 hesabı ilə üstələyib. Yığmanın kapitanı olan Keyn həmin matçda dublla yadda qalıb.
Nihat