
"Qalatasaray" rəhbərliyi Türkiyə Super Liqasındakı əcnəbi limiti qaydasına görə yerli statuslu futbolçu axtarışlarını sürətləndirib.
Fanat.Az "Fotomaç" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" İtaliyanın "Torino" klubunda çıxış edən gənc yarımmüdafiəçi Emirhan İlkhanı transfer hədəfinə çevrib.
Orta sahəni türk oyunçu ilə gücləndirmək istəyən İstanbul nəhəngi gənc futbolçu üçün yaxın günlərdə rəsmi təklif verməyə hazırlaşır.
Hazırda "Torino" ilə müqaviləsi davam edən Emirhanın transfer bazarı dəyərinin təxminən 6 milyon avro olduğu bildirilir.