
Fransanın PSJ klubu "Bavariya"nın ulduz cinah oyunçusu Maykl Olisenin transferi uğrunda mübarizədə "Real Madrid"i qabaqlayıb.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, iki nəhəng klub arasındakı sıx münasibətlər bu transferin taleyini həll edə bilər.
Belə ki, mübarizədə geri düşən tərəfin çəkilərək digərinə "Bavariya" ilə rahat danışıqlar aparmağa icazə verəcəyi gözlənilir.
Lakin Münhen təmsilçisini razı salmaq heç də asan olmayacaq, çünki Almaniya klubu Olise üçün Neymarın PSJ-yə keçidindəki 222 milyon avroluq tarixi rekorddan daha böyük məbləğ tələb edir.