
İngiltərənin "Liverpul" klubu heyətini yeni vingerlə gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, "mersisaydlılar" "Leypsiq"də çıxış edən Kot-d'İvuar əsilli Yan Diomandeni transfer etmək niyyətindədir.
İngilislərin futbolçu üçün etdiyi ilkin 100 milyon avroluq təklif Almaniya klubu tərəfindən rədd edilib.
Buna baxmayaraq, transferdə israrlı olan "Liverpul" rəhbərliyi təklifi yeniləməyə hazırlaşır. Klub rəsmilərinin istedadlı hücumçunu yay transfer pəncərəsində heyətə qatmaq üçün təklifi 115 milyon avroya qədər qaldıracağı bildirilir.