
"Bavariya" Avropanın nəhəng klublarının hədəfində olan ulduz vingeri Maykl Oliseni komandada saxlamaq üçün hərəkətə keçib.
Fanat.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Liverpul"un fransalı futbolçuya olan marağının artmasından sonra Münhen təmsilçisi gənc oyunçuya maaşında ciddi artım olan yeni müqavilə təklif etməyi planlaşdırır.
Almaniya klubunun rəhbərliyi qısa müddətdə nümayiş etdiyi performansla dünyanın ən yaxşılarından birinə çevrilən Oliseni satmaq niyyətində deyil.
Almaniyalılar onun uzunmüddətli gələcəyini təmin altına almaq istəyir.