
"Çelsi" klubu transfer bazarında böyük səs-küy yaradacaq addım atmağa hazırlaşır. London təmsilçisi "Liverpul"da çıxış edən Florian Virtsin vəziyyətini yaxından izləyir.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Xabi Alonso "Bayer Leverkuzen"də birlikdə uğurlu mövsüm keçirdiyi almaniyalı pleymeykeri yenidən öz heyətində görmək niyyətindədir.
Bu transferin reallaşması həm də adı "Real Madrid"lə hallanan Enzo Fernandesin komandadakı gələcəyindən asılı olacaq.
Lakin klub daxilindəki digər mənbələr Alonsonun Virtslə yenidən birləşmək planları barədə yayılan iddiaları təkzib edirlər.