
Meksika millisinin canlı əfsanəsi olan qapıçı Gilmerto Oçoa "Asteka" stadionunda Çexiyaya qarşı keçiriləcək qarşılaşmada ilk 11-likdə meydana çıxacaq.
Fanat.Az xəbər verir ki, artıq 40 yaşı olan təcrübəli qolkiper doğma azarkeşləri önündə unudulmaz bir gecə yaşamağa hazırlaşır.
Bu qarşılaşmanın ulduz qapıçının "El Tri" (Meksika millisi) forması ilə Dünya Çempionatındakı son matçı olacağı gözlənilir.
Stadionun tamamilə dolacağı və azarkeşlərin veteran qapıçıya möhtəşəm bir vida gecəsi yaşadacağı bildirilir.