
"Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyu komandanın heyətini tam formalaşdırmaq üçün rəhbərlikdən yeni transferlər tələb edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "kral klubu"nda daha iki mövqeyə mütləq oyunçu cəlb olunmasını istəyir.
Bu barədə İspaniyanın məşhur "MARCA" nəşri məlumata yayıb.
Mourinyunun siyahısında bir mərkəz müdafiəçisi və komandanın əfsanəsi Luka Modriç profilində olan, oyunu idarə edə biləcək yaradıcı bir yarımmüdafiəçi yer alır.