
"Mançester Yunayted" yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək üçün sürpriz bir variantı nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, "Nottingem Forest"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan 30 yaşlı Anqus Qann "qırmızı şeytanlar"ın radarına düşüb.
Hazırda Şotlandiya millisinin heyətində Dünya Çempionatında çıxış edən təcrübəli qapıçının "Mançester Yunayted" üçün həm maliyyə cəhətdən əlverişli, həm də ehtiyat qapıçı kimi etibarlı bir addım olacağı vurğulanır.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 1 milyon avro olaraq qiymətləndirilir.