
Braziliya milli komandasının sükanı arxasına keçən təcrübəli mütəxəssis Karlo Ançelotti ölkə mədəniyyətinə və komandaya uyğunlaşmaq üçün maraqlı addımlarla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, İtaliyalı baş məşqçi Braziliyaya gəldiyi ilk gündən yerli insanların dövlət himnini necə böyük ehtirasla oxuduqlarını heyranlıqla müşahidə edib.
"UOL" nəşrinin yaydığı məlumata görə, Dünya Kubokunda ölkəni həm də mənəvi cəhətdən ən yaxşı şəkildə təmsil etmək istəyən Ançelotti, Braziliya himninin hər bir sözünü öyrənmək üçün böyük səy göstərir.
Təcrübəli çalışdırıcı hətta komandaya xüsusi təlimat verərək, stadiona gedən yolda futbolçu avtobusunda mütləq milli himnin səsləndirilməsini tələb edib