
İtaliya A Seriyasında nümayiş etdiyi performansla diqqətləri üzərinə çəkən "Udineze"nin müdafiəçisi Uma Solen Avropanın iki nəhəng klubunun radarına düşüb.
Fanat.Az xəbər verir ki, "Atletiko Madrid" və "İnter Milan" fransalı futbolçunun transferi üçün ciddi şəkildə hərəkətə keçib.
"Footmercato"nun yaydığı məlumata görə, bu mövsüm İtaliya çempionatında çıxdığı 36 rəsmi matçın 34-nə start heyətində başlayan Solenin nüfuzu sürətlə artır.
Futbolçunun fiziki gücü onun dünyanın istənilən çətin liqasında oynamağa hazır olduğunu sübut edir