
"Arsenal" heyətində icarə əsasında çıxış edən müdafiəçi Piero Hinkapinin taleyinə birdəfəlik aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, London klubu ekvadorlu müdafiəçinin müqaviləsində yer alan birdəfəlik satınalma bəndini aktivləşdirib.
Əslən "Bayer Leverkuzen"ə məxsus olan və "topçular"ın heyətində uğurlu oyun nümayiş etdirən gənc oyunçu üçün rəsmi olaraq 40 milyon avro ödəniləcək.
Müqavilə iyulun 1-dən etibarən daimi status daşıyacaq