
Türkiyə Super Liqasında iddialı heyət qurmaq istəyən "Beşiktaş" sol cinah müdafiəsini gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi "Monako"da çıxış edən Kassum Ouattara ilə şəxsi şərtlərdə tam razılığa gəlib.
"Foot Mercato"nun yaydığı məlumata görə, klublar arasında təxminən 10 milyon avro səviyyəsində olan rəsmi bonservis danışıqları uğurla davam edir.
Danışıqların yaxın günlərdə müsbət yekunlaşacağı gözlənilir