
İngiltərənin "Çelsi" klubu transfer bazarında böyük hərəkətliliyə başlayıbz
Fanat.Az xəbər verir ki, "göylər"in yeni baş məşqçisi Xabi Alonso rəhbərlikdən şəxsən isveçrəli yarımmüdafiəçi Qranit Cakanın transfer olunmasını tələb edib.
Bu istək doğrultusunda hərəkətə keçən London təmsilçisi, "Sanderlend" forması geyinən təcrübəli oyunçu üçün ilk rəsmi addımını ataraq 30 milyon avroluq başlanğıc təklifini irəli sürüb.
Xabi Alonso ilə Qranit Caka daha əvvəl "Bayer Leverkuzen"də birlikdə uğurlu bir dövr keçiriblər və italyan jurnalist Luka Kerçionenin yaydığı məlumata görə, bu faktor transferin reallaşma ehtimalını xeyli artırır.